İspartanın Güneykent şəhərinin Baladız məhəlləsində ailəsi ilə birlikdə təbiət gəzintisinə çıxan Yusuf Yalçın təsadüfən nəhəng ölçülü iki göbələk tapıb.

Foodinfo.az Milli.az-a istinadən xəbər verir ki, tapılan göbələklərdən biri 2,5 kiloqram, digəri isə 1,5 kiloqram çəkidə olub.

Yalçın hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bunları deyib: "İlk dəfədir belə göbələk görürəm. Ailəmlə gəzintidə idik, bu göbələklərlə qarşılaşanda dərhal çəkib evə gətirdim. Qonşularıma göstərdim, onlar da olduqca təəccübləndilər" .

Göbələklər görünüşcə heyrətamiz olsa da, ailə üzvləri onların zəhərli olub-olmadığını bilmədikləri üçün yeməkdən çəkiniblər.

Hazırda bu qeyri-adi göbələklərin növü və yeyilən olub-olmadığı araşdırılır.