
Dietoloq, idman dietoloqu, məşqçi Mariya Volınkina soyuq mövsümdə isti yeməklər və içkilər, həmçinin C vitamini olan qidalar daxil olmaqla pəhrizi tənzimləməyi məsləhət görüb.
Payız-qış dövründə salat kimi soyuq yeməklərdən isti yeməklərə, məsələn, şorbalara, bişmiş tərəvəzlərə keçmək vacibdir.
Həmçinin, dietoloqun fikrincə, soyuq su əvəzinə ilıq su içmək daha yaxşıdır.
İmmuniteti qorumaq üçün mütəxəssis qəhvəni faydalı maddələrlə zəngin olan çaylarla - zəncəfil, limon və ya itburnu, portağal və bal ilə əvəz etməyi məsləhət görüb.
Belə içkilərin tərkibində payız və qış aylarında orqanizm üçün xüsusilə vacib olan C vitamini var.
Nurlan