Qaraciyərin sağlamlığına mənfi təsir göstərən zərərli qida məhsulları açıqlanıb.
Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Valeriya Lomova danışıb. 

O qeyd edib ki, sözügedən siyahıya spirtli içkilər başçılıq edirlər:
“Bu gün alkoqol qaraciyər üçün ən zərərli məhsul kimi tanınır. Alkoqolun bir hissəsi olan etanol birbaşa qaraciyər hüceyrələrini zədələyir, fibroza səbəb olur və bu, sonradan sirroza çevrilə bilər”


Həkim həmçinin yağlı yeməklərdən uzaqlaşmağı tövsiyə edib: “Quzu, donuz əti, qaz və ördək yüksək yağ tərkibinə malikdir, bu da qaraciyərdə yığılaraq onun piylənməsinə səbəb olur. Belə halda toyuq, dana və hinduşka ətinə üstünlük vermək daha yaxşıdır”.

Fərid