Milli mətbəximizi dünyada tanıdan məşhur aşpaz "Erkən kəsimə son" kampaniyasına qoşulub.

Foodinfo.az xəbər verir ki, Qəbələnin Qəmərvan kəndində populyar “Wilderness Cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanov istehlakçılara çağırış edib. Qida blogeri qeyd edib ki, son zamanlar restoranlar müştəri cəlb etmək üçün 3-4 aylıq tam yetişməmiş quzu ətindən çox istifadə edir. “Mən bu ətdən hazırlanan yeməkləri məsləhət görməzdim. 6 ayı tamam olmuş quzunun ətindən hazırlanan yeməklər sağlamlıq cəhətdən daha faydalıdır. 3-4 aylıq quzuların əzələ formalaşması prosesi hələ davam etdiyindən tərkibində su qalır ki, bu da onun daha yumşaq olmasına səbəb olur”, - deyə, T.Aslanov söyləyib