ABŞ-da ayı yaşlı qadına hücum edərək onu yaralayıb. Bu barədə Montana Balıq, Vəhşi Təbiət və Parklar Departamentinin məlumatında deyilir.

Hadisə oktyabrın 1-də Montana ştatının Flathead qraflığında meşəlik ərazidə baş verib. Ayı kolluqdan çıxaraq əri və iti ilə gəzən 73 yaşlı qadına hücum edib. 

Kişi yırtıcı ilə mübarizə aparmağa çalışıb və qovucu sprey vurub. Heyvan geri çəkilib, daha sonra ər və arvad yaxınlıqda dayanmış avtomobilə tələsərək təcili yardım çağırıblar.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. 

Montana Balıq, Vəhşi Təbiət və Parklar Departamentinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Qadına hansı növ ayının hücum etdiyi hələlik məlum deyil.

Fərid