Uşaq endokrinoloqu, tibb elmləri namizədi Oksana Mixaleva valideynlərin uşaqlarına ən çox verdiyi zərərli qidaları sadalayıb. Foodinfo.az bildirir ki, bunlara şirələr və hazır yeməklər daxildir.

İlk növbədə, şirin süd məhsulları uşaqların sağlamlığı üçün zərərlidir.

Onun sözlərinə görə, belə məhsulların tərkibində çoxlu miqdarda şəkər, konservantlar, stabilizatorlar, boyalar, ləzzət artırıcılar və digər əlavələr var.

Uşaqların qida rasionundan sənaye üsulu ilə istehsal olunan meyvə şirələri və tərkibində vitamin və minerallar əvəzinə çoxlu miqdarda “sürətli” kalori və şəkər olan hazır səhər yeməyini də çıxarmaq daha yaxşıdır.

Nurlan