Qan verən şəxslərin rasionu donor prosesinin keyfiyyətinə birbaşa təsir göstərir. Foodinfo.az xəbər verir ki, Sankt-Peterburq Qan Transfuziya Stansiyasının nümayəndəsi Stanislav Davıdov kofeinin qəbul edilən qanın keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirib.

Onun sözlərinə görə, aparılan elmi araşdırmalar təsdiqləyir ki, donorluqdan bir gün əvvəl qəhvə içmək məsləhət görülmür. Bu tövsiyə təkcə kofeinə deyil, ümumilikdə xüsusi pəhrizə uyğun olmayan bütün məhsullara aiddir.

Davıdov qeyd edib ki, qan verməyə hazırlaşan şəxslər süd məhsulları, çox yağlı yeməklər, fast-food və qızardılmış qidaları rasiondan çıxarmalıdırlar. Həmçinin alkoqollu içkilər və analgin, aspirin kimi bəzi dərmanlar da donorluqdan əvvəl qətiyyən istifadə olunmamalıdır.

Mütəxəssis əlavə edib ki, əgər insan ət yeməyi istəyirsə, bu zaman yalnız buğda bişirilmiş və ya buxarda hazırlanmış kotletlər daha uyğun seçim ola bilər. Bu qaydalara əməl etməklə verilən qan həm keyfiyyətli olur, həm də donorun öz sağlamlığı üçün təhlükəsizlik təmin edilir.

Qan