Payızda enerjini artırmaq və immuniteti dəstəkləmək üçün düzgün seçilmiş təzə sıxılmış şirələr əvəzsizdir. Foodinfo.az xəbər verir ki, dietoloq Larisa Nikitina URA.RU-ya açıqlamasında izah edib ki, meyvə və tərəvəz şirələrinin tərkibi fərqlidir: meyvə şirələri şəkər baxımından zəngin, tərəvəz şirələri isə kalorisi az və daha yumşaq təsir göstərir.

Dietoloq tövsiyə edir ki, meyvə şirələrindən gündə yalnız 100 ml qəbul edilsin və su ilə seyreltilsin. Tərəvəz şirələri isə orqanizmi vitaminlərlə zənginləşdirmək üçün təhlükəsiz yoldur.

Nikitinanın 7 faydalı payız şirəsi:

Kök + çuğundur + xiyar – mikroelement çatışmazlığını aradan qaldırır, qaraciyəri dəstəkləyir.

Kələm + alma + kök – həzmi yaxşılaşdırır, C vitamini ilə zənginləşdirir.

Pomidor + kərəviz + göyərti – antioksidant baxımından güclüdür, yorğunluğu azaldır.

Portağal + kök + zəncəfil – əhval-ruhiyyəni yüksəldir, payız depressiyasına qarşı təsirlidir.

Kivi + turp + portağal – C vitamini ilə zəngindir, bədəni tonuslandırır.

Kartof + çuğundur + kök – hemoglobini artırmağa kömək edir.

Qara qarağat + alma + zəncəfil – güclü iltihab əleyhinə təsir göstərir.

Ekspert xatırladır ki, mağaza şirələri yüksək şəkər və konservant tərkibi səbəbindən evdə hazırlanmış şirələr qədər faydalı deyil. Həmçinin, mədə-bağırsaq xəstəlikləri, diabet, allergiya və bəzi dərman qəbul edənlər şirələri diqqətlə istifadə etməlidir.