Yaş qoz həm xalq təbabətində, həm də müasir elmdə çox faydalı sayılır. Qozun tam yetişməmiş halında daha çox vitamin, mineral və bioloji aktiv maddələr olur.

Foodinfo.az yaş qozun faydalarını təqdim edir:

– Vitamin mənbəyi: Yaş qoz C vitamini ilə çox zəngindir, immuniteti gücləndirir, soyuqdəymə və infeksiyalara qarşı qoruyur.

– Qan təmizləyici təsir: Qanın tərkibini yaxşılaşdırır, dəmir maddəsi ilə zəngin olduğu üçün qanazlığında faydalıdır.

– Sinir sistemi: B qrup vitaminləri ilə zəngin olduğu üçün sinirləri sakitləşdirir, yaddaşı möhkəmləndirir.

– Mədə-bağırsaq sağlamlığı: Həzm sisteminə yaxşı təsir edir, bağırsaqlarda zərərli mikrobları azaldır.

– Qalxanabənzər vəz: Yod ehtiva etdiyinə görə qalxanabənzər vəz fəaliyyətinə kömək edir.

– Göz və dəri sağlamlığı: Antioksidant maddələr sayəsində dəriyə parlaqlıq verir, göz sağlamlığını qoruyur.

– Qurdqovucu təsir: Xalq təbabətində yaşıl qozun xüsusilə parazitlərə qarşı faydalı olduğu deyilir.