Ramazan ayında oruc tutan şəxslər bir çox yanlışlara yol verə bilirlər. Bəlkə də oruc tutuan şəxs bunun səhv olduğunu anlamır. Bəzi səhvlər də var ki, bunu çoxumuz edirik.

Oruc tutarkən nə etməli olduğumuzu düşünərkən, oruc tutanda nə etməməliyik sualının cavabını da bilməliyik. Ramazan ayını dincəlmiş və təmizlənmiş bədənlə keçirmək üçün mütəxəssislərin tövsiyələrinə əməl etmək kifayətdir. Bu sayədə oruc tutarkən yaşaya biləcəyiniz bəzi xoşagəlməz halların qarşısını almış olarsınız. Ramazan ayında kökəldənlərdənsinizsə, təkliflərimizlə bu vəziyyətin qarşısını ala bilərsiniz.

Oruc tutarkən edilən səhvlər və yanlış qidalanma üsulları bu ay sağlamlığınıza zərər verə bilər. İmsaka qalxmadan oruc tutmağa çalışmaq, iftarda mədənin tez və həddindən artıq yüklənməsi, iftarla imsak arasında çox az su istehlak etmək, imsakdan dərhal sonra yenidən yatmaq kimi səhvlər oruc tutanda sizə xeyirli olmayacaq. Ramazan ayında pəhrizinizi oruc pəhrizi kimi bir başlıq altında təşkil etsəniz, rahat oruc tuta bilərsiniz.

Oruc tutarkən gün ərzində gördüyümüz fəaliyyətlərdə bir qədər azalma müşahidə etmək normaldır. Aclığa müqavimət göstərən bədənimiz çox aktiv olmağı tələb edən işlə məşğul olmaq istəmir. Amma o demək deyil ki, iftardan sonra fəaliyyətsiz qalacağıq. Əslində idman iftardan sonra edilməlidir. Bədənin daha sağlam olması və dəyişən rejimə daha asan uyğunlaşması üçün sadə məşqlər etmək lazımdır. Təbii ki, dozanı yaxşı müəyyən etmək önəmlidir. Ramazanda çəki artımı təhlükəsinin qarşısı başlanğıc səviyyədə idman etməklə alına bilər.

Oruc tutanda idman edə biləcəyinizlə maraqlanırsınızsa, uzun saatlar ərzində ağır idmanla məşğul olmaq uyğun deyil. İftardan sonra sürətli gəzintilər sağlamlığınız üçün daha faydalı olacaq.