Şirniyyatlar həm böyüklərin, həm də uşaqların sevimli qidasıdır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, onların həddindən artıq və ya düzgün seçilmədən istehlakı sağlamlığa ciddi zərər verə bilər. Bu səbəbdən şirniyyat yeyərkən bir sıra məqamlara diqqət etmək vacibdir.

1. Miqdara nəzarət:

Şirniyyat yüksək miqdarda şəkər və kalori ehtiva edir. Çox qəbul edildikdə artıq çəki, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır. Ona görə də gündəlik normanı aşmamaq əsas şərtdir.

2. Tərkibinə baxın

Hazır şirniyyatların çoxunda süni rəngləndiricilər, trans yağlar və konservantlar olur. Bu maddələr həm allergiyalara, həm də uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Daha çox təbii inqrediyentlərlə hazırlanan məhsullara üstünlük vermək tövsiyə olunur.

3. Meyvə və təbii şirinləşdiricilər seçin

Bal, xurma, qurudulmuş meyvə və ya tünd şokoladla hazırlanan şirniyyatlar həm dadlı, həm də daha faydalıdır. Bu cür seçimlər həm enerji verir, həm də vitamin və mineral ehtiva edir.

4. Aç qarına yeməyin

Şirniyyatı ac qarına yemək qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Bu isə həm halsızlıq, həm də uzun müddətdə insulin müqavimətinə yol aça bilər. Şirniyyatı əsas yeməklərdən sonra az miqdarda qəbul etmək daha doğrudur.

5. Uşaqlar üçün diqqət

Mütəxəssislər uşaqlara şirniyyat verərkən miqdarı ciddi nəzarətdə saxlamağı tövsiyə edir. Çünki uşaqlarda diş çürüməsi, həzm problemləri və hiperaktivlik riskini artıra bilər.

Şirniyyat qadağan edilməli qida deyil, lakin sağlam qalmaq üçün ölçülü, keyfiyyətli və doğru zamanda qəbul edilməlidir.