Son illərdə təbii müalicə üsullarına maraq artdıqca qədimdən istifadə edilən boranı tumunun da faydaları gündəmə gəlib. 

Foodinfo.az xəbər verir ki, boranı tumu zəngin vitamin, mineral, lif və antioksidant tərkibi ilə həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.

1. Həzm sistemini gücləndirir

Boranı tumu liflə zəngindir. Bu xüsusiyyətinə görə bağırsaq hərəkətlərini sürətləndirir, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır. Xüsusilə ağır yeməklərdən sonra tum dəmləməsinin içilməsi həzm prosesini yüngülləşdirir.

2. Ürək-damar sağlamlığına dəstək olur

Toxumların tərkibində olan faydalı yağ turşuları və kalium damar divarlarını qoruyur, xolesterin səviyyəsini tənzimləməyə kömək edir. Bununla da ürək-damar xəstəliklərinin riskini azaldır.

3. Qan şəkərini tarazlayır

Mütəxəssislər bildirirlər ki, boranı tumu qanda şəkərin sürətlə yüksəlməsinin qarşısını alır. Bu səbəbdən şəkərli diabet xəstələrinin rasionuna məhdud şəkildə əlavə oluna bilər.

4. İmmuniteti möhkəmləndirir

Antioksidantlarla zəngin olan boranı tumu sərbəst radikallarla mübarizə aparır. Bu xüsusiyyəti ilə orqanizmi infeksiyalardan qoruyur və xroniki xəstəliklərin qarşısını almağa kömək edir.

5. Sidik yollarına müsbət təsir göstərir

Toxumun sidikqovucu təsiri var. Bu xüsusiyyəti böyrəklərin fəaliyyətinə kömək edir və sidik yollarında iltihabi proseslərin azalmasına dəstək olur.

Boranı tumu qurudularaq toz halına salınıb çay kimi dəmlənir və gündə bir-iki fincan qəbul edilir. Bəzən yeməklərə qatılaraq da istifadə olunur. Lakin həkimlər xəbərdarlıq edir ki, həddindən artıq istifadəsi mədə narahatlıqlarına səbəb ola bilər.

Hamilə qadınların və xroniki xəstəliyi olan şəxslərin istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməsi tövsiyə olunur.

 Xalq təbabətində “gizli dərman” kimi tanınan boranı tumu düzgün istifadə edildikdə həzm sistemindən tutmuş ürək-damar sağlamlığına qədər bir çox fayda təmin edir.