Çia toxumunu günün müxtəlif saatlarında yemək mümkündür, amma onun faydası istifadə məqsədinə görə dəyişə bilər. 

Foodinfo.az xəbər verir ki, səhərlər acqarına istifadə edildikdə uzun müddət toxluq hissi yaradır və bağırsaq hərəkətlərini tənzimləyir. Bu, xüsusilə arıqlamaq və qəbizliyi azaltmaq istəyənlər üçün faydalıdır.

Günorta yeməklərindən əvvəl və ya iki yemək arasında qəbul edildikdə iştahanı azaldır və həddindən artıq yeməyin qarşısını alır. 

İdman edənlər üçün idmandan əvvəl və ya sonra çia toxumu enerji verir və əzələlərin bərpasına kömək edir.

Axşam yeməyindən əvvəl və ya yatmazdan əvvəl qəbul olunduqda isə gecə aclığının qarşısını almağa və daha rahat yuxuya dəstək olur.

Çia toxumu istifadə edilərkən su, süd, yoqurt və ya smuzidə 10-15 dəqiqə isladılması vacibdir. Bu, onun həm daha yaxşı həzm olunmasına, həm də toxluq hissini artırmasına kömək edir. Gündə 1–2 xörək qaşığı (15–25 qram) kifayətdir.