Fıstıq allergiyası dünyanın ən yayılmış və ən təhlükəli qida allergiyalarından biri olaraq qalır. Əsas səbəb isə immun sisteminin fıstıq zülallarını təhlükə kimi tanımasıdır.

Foodinfo.az xəbər verir ki, fıstıqda olan Ara h 1, Ara h 2 və Ara h 3 kimi güclü zülallar immun sistemi sürətlə aktivləşdirir. Bu zaman bədəndə “IgE” anticisimləri yaranır və fıstıq yenidən qəbul olunduqda ciddi allergik reaksiya baş verir.

Həmçinin genetik faktorun mühüm rol oynayır. Ailəsində allergiya və ya astma olan şəxslərdə fıstıq allergiyasına meyil daha yüksəkdir. Eyni zamanda, bağırsaq baryerinin zəifləməsi və həzm sisteminin zülalları düzgün parçalaya bilməməsi də risk faktorları sırasına daxildir.

Fıstıq zülallarının istiyə və parçalanmaya çox davamlı olması allergik reaksiyanın daha güclü keçməsinə səbəb olur. Bu zülallar mədədə tam parçalanmadığı üçün immun sistem onları təhlükəli maddə kimi tanıyır.

Fıstıq allergiyası bəzən dodaq və boğaz şişməsi, nəfəs darlığı kimi həyati təhlükə yaradan simptomlarla özünü göstərə bilər. Buna görə valideynlər və allergiyaya meyilli şəxslər diqqətli olmalı və ilk əlamətlərdə həkimə müraciət etməlidirlər.