Armud bəkməzi həm enerji verən, həm də mineral baxımından zəngin olan təbii bir qida məhsuludur. Xüsusilə payız-qış mövsümündə orqanizmi gücləndirmək üçün istifadə olunur. Foodinfo.az armud bəkməzinin əsas faydalarını təqdim edir:

1. Enerji və qanazlığının qarşısı

Armu bəkməzi tərkibindəki təbii şəkərlər və dəmir sayəsində bədəni enerji ilə təmin edir. Xüsusilə qanazlığı (anemiya) olan şəxslərdə dəmir səviyyəsini dəstəkləyir.

2. Həzm sistemini tənzimləyir

Liflə zəngin meyvədir. Bundan hazırlanan bəkməz də bağırsaq hərəkətlərini aktivləşdirir, qəbizliyin azalmasına kömək edir və həzmi yüngülləşdirir.

3. İmmuniteti gücləndirir

Bəkməzin tərkibindəki antioksidantlar və vitaminlər orqanizmin müdafiə sistemini gücləndirir, xüsusən mövsümi xəstəliklərdən qorunmada dəstək olur.

4. Öskürək və soyuqdəyməyə qarşı

İsti suya və ya südə qarışdırılaraq içildikdə boğazı yumşaldır, öskürəyi azaltmağa kömək edir. Xüsusilə uşaqlar üçün ənənəvi ailə reseptlərindən biridir.

5. Sümük sağlamlığına qatqı

Tərkibindəki kalsium və kalium sayəsində sümükləri möhkəmləndirir və böyümə dövründəki uşaqlar üçün faydalıdır.

6. Ürək-damar sağlamlığı

Armud bəkməzi kaliumla zəngin olduğu üçün təzyiqi tarazlamağa və damar sağlamlığını dəstəkləməyə kömək edir.

7. Təbii şirinləşdirici

Ağ şəkərə yaxşı alternativdir. Çayda, desertlərdə və ya səhər yeməyində təbii şirinlik kimi istifadə olunur.