Yod insan orqanizmi üçün əvəzolunmaz mikroelementdir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, endokrinoloq Olqa Çernitskaya bildirib ki, adətən insanlar yodu dəniz məhsulları və balıqdan alır, lakin bununla yanaşı, yodla zəngin olan dəniz mənşəli olmayan məhsullar da mövcuddur.

Mütəxəssisin sözlərinə görə, sağlam insanın orqanizmində 15–20 mg yod var və bunun 70–80%-i qalxanvari vəzdə toplanaraq tiroide hormonlarının sintezi üçün lazımlıdır. Gündəlik yod tələbatı 100–200 mkq arasında dəyişir, lakin yod orqanizm tərəfindən istehsal olunmur, yalnız qida vasitəsilə alınır.

Çernitskaya qeyd edib ki, yüksək yod tərkibli məhsullara dəniz balıqları (morina, mina, krevetka), dəniz kələmi, yosun və balıq yağı daxildir. Eyni zamanda yod, yumurta, süd məhsulları, kartof, lobya, ispanaq, meyvə və quru meyvələrdə də mövcuddur.

Həkim əlavə edib ki, yod defisitini önləmək üçün yodlaşdırılmış duzdan istifadə faydalıdır. O, həmçinin diqqət çəkib ki, uzun müddət saxlanılan və yüksək temperaturda bişirilmiş qidalarda yodun miqdarı 30–80% azalır.

Çernitskaya vurğulayıb ki, balanslı qida rasionu tərtib etmək və lazım gələrsə, yod əlavələrindən istifadə etmək vacibdir. Yod çatışmazlığı qalxanvari vəz xəstəliklərinə, hamiləlikdə fəsadlara, uşaqlarda fiziki və zehni inkişaf problemlərinə, endemik kretenizmə və perinatal ölüm riskinə səbəb ola bilər.

Yod