Yayın bitməsi ilə yaranan əhval dəyişikliyi səbəbləri başa düşüləndir: bura vitamin çatışmazlığı, immunitetin zəifləməsi və xəstəliklərin artması daxildir. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Fyodorova danışıb.

Həkim qeyd edib ki, bu dövrdə günəş aktivliyi azalır, işıqlı günlər öz yerini yağışlı havaya verir, termometr dərəcəsi isə düşməyə başlayır. Havanın dəyişməsi xoşbəxtlik hormonları serotonin və dopamin istehsalının azalmasına səbəb olur.

"Soyuqdəymə və immunitetin aşağı düşməsi payız depressiyasına səbəb ola bilər. Bu zaman qida rasiona vitamin, antioksidant, adaptogen əlavə etmək lazımdır. C vitamini sitrus meyvələri, duzlu kələm, bibər, qarağat və s. məhsulların tərkibində olur. Vitamin E bitki yağları, qoz-fındıq, qaraciyərdə olur. Qida rasionunuza D vitaminini də əlavə etmək məsləhətdir", - deyə Fyodorova tövsiyə edib.

Payız mövsümündə orqanizmimizin qayğısına qalmasaq, bəzi funksiyalar zəifləyə bilər. Məsələn, saçlar tökülməyə başlayacaq, dırnaqlar qırılacaq və dəri quruyacaq. Lakin sağlam qidalanma, stressin olmaması və vitamin qəbulu belə nəticələrin qarşısını almağa kömək edə bilər.

Fərid