Alimlərin apardığı araşdırmalar nəticəsində orqanizmə ən çox zərər verən qidalar üzə çıxıb. Bu qidaları hər dəfə yediyiniz zaman yavaş-yavaş özünüzü zəhərləmiş olursunuz.

 Foodinfo.az bu zərərli qidaları təqdim edir:

HAZIR KUBİK BULYONLAR

Mütəxəssislər bu beş qidanın istehlak edilməməsi lazım olduğunu dəfələrlə bəyan ediblər. Həyati təhlükəsi olan xəstəlikləri tətikləyən bu qidalar arasında bulyonlar birinci yerdədir.

Bu bulyonlar tərkibindəki monosodyum glutamatla kimyəvi maddəyə çevrilir. Yeməklərə ləzzət vermək üçün istifadə edilən bulyonlar yüksək miqdarda natrium ehtiva edir, bu da bədəndə artıq suyun tutulmasına və yüksək qan təzyiqinə səbəb olur.

TURŞU İÇKİLƏRİ VƏ ENERJİ İÇKİLƏRİ

Bir stəkan turşulu içki böyrək xəstəliklərindən tutmuş piylənməyə qədər bir çox xəstəliyə səbəb ola bilər. Həm də turşu quruluşuna görə diş çürüməsinin ən böyük səbəblərindən biridir.

NUGGETS VƏ ŞNİTZELLƏR

Bir neçə dəqiqə ərzində hazırlanan nuggets və şnitzellər işlənmiş ətlərdən hazırlanır. Tərkibi hidrogenləşdirilmiş yağ, yüksək miqdarda şəkər, yağ və konservantlardan ibarətdir. Bundan əlavə, içindəki toyuq ətinin miqdarı cüzidir.

MARQARİN

Yeməklərdə istifadə edilən marqarin yağı laboratoriya şəraitində hazırlanır. Hidrogenlə doymuş zərərli bitki yağları ürək damarlarını bağlayır və həyati təhlükəsi olan xroniki xəstəliklərə yol açır.

KOLBASA KİMİ EMAL EDİLMİŞ ƏT MƏHSULLARI

Kolbasa kimi emal edilmiş ət məhsulları nitrit ehtiva edir. Natrium nitrozaminlər kimi maddələrlə qaraciyər xərçəngindən ağciyər xərçənginə və hətta leykemiyaya qədər bir çox xəstəliyə səbəb ola bilər.

Bundan əlavə, işlənmiş ət məhsulları ürək-damar sağlamlığına təhlükə yaradır.