Manna (irmik) sıyığı yüksək qlisemik indeksə malikdir, çəki artımına və diabetə səbəb olur.

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina deyib.

Onun sözlərinə görə, irmik ağ un kimi, şəkər kimidir. Orqanizmə kalori və enerjidən başqa, heç bir qidalandırıcı maddə vermir. Manna yarmasının tərkibində bütöv taxıl sıyığında olan qiymətli komponent - lif yoxdur.

Diyetoloq qeyd edib ki, əvvəllər manna sıyığı yüksək kalorililiyinə görə dəyərləndirilirdisə, indi fiziki aktivliyin səviyyəsi aşağı düşdüyü üçün rasionda qidalandırıcı maddələrin miqdarının artırılması ön plana çıxıb:

“İndi həyatımız mexanikləşdirilmiş, avtomatlaşdırılmış olub, biz o qədər çox kalori sərf etmirik. Məqsəd başqadır: normal miqdarda kalori ilə daha çox qidalandırıcı maddə əldə etməyə çalışmaq".