Mütəxəssislərin fikrincə, səhər yeməyi həmişə günün ən vacib yeməyi olmalıdır. Balanslı və nizamlı səhər yeməyi yemək sizi gün boyu daha enerjili hiss etdirəcək.

Möhtəşəm inancın əksinə olaraq, səhər yeməyində yeməklərin geniş çeşidinə sahib olmaq onların sağlamlıq faydalarını artırmır. Əksinə, az çeşiddə olsa belə, doğru qidaları düzgün şəkildə istehlak etmək sağlamlığa müsbət təsir edir. Səhər yeməyinin müsbət təsirlərindən faydalanmaq üçün sağlam yemək hazırlamaq da eyni dərəcədə vacibdir.

Keyfiyyətli və faydalı səhər yeməyi üçün omlet hazırlamağı seçə bilərsiniz. Təbii ki, inqrediyentlərdən istifadə edərkən diqqətli olmaq lazımdır. 

 Foodinfo.az maddələr mübadiləsini sürətləndirən və qarın yağlarını əritməyə kömək edən omlet reseptini təqdim edir:

Materiallar:

2 yumurta 

1 armudu stəkan süd 

1 çay qaşığı qara bibər

1 çay qaşığı qırmızı bibər 

1 çay qaşığı çili bibəri 

2 xörək qaşığı yulaf əzməsi və ya yulaf unu 

1 çay qaşığı zeytun yağı

Bütün maddələri bir qaba tökün və hərtərəfli qarışdırın. Tavaya 1 çay qaşığı zeytun yağı əlavə etdikdən sonra bişirməyə başlayın. Qarın piylərindən qurtulmanıza kömək edəcək dadlı omletiniz hazırdır. Nuş olsun.