Halva təkcə şəkər və günəbaxan tumlarından ibarət şirniyyat deyil, həm də sinir sistemi üçün əsl “antistress” qidadır. Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu şirniyyatın tərkibi insanın əsəb gərginliyini azaldaraq sakitləşdirici təsir göstərir.

Halvanın tərkibində bol miqdarda nikotin turşusu (vitamin PP) var. Bu maddə qanda “pis” xolesterinin miqdarını azaldır, damarların fəaliyyətini yaxşılaşdırır və orqanizmdə iltihab proseslərini zəiflədir. Beləliklə, halva bədəni stressə qarşı daha dözümlü edir.

Bundan əlavə, halva maqneziumla da zəngindir – bu mineral sinir sisteminin normal fəaliyyəti üçün vacibdir və əsəb pozğunluqlarını aradan qaldırmağa kömək edir.

Halvanın tərkibindəki B qrup vitaminləri isə yuxu keyfiyyətini artırır, gecə oyanmalarını azaldır və rahat yuxuya getməni təmin edir.

Ən önəmlisi isə odur ki, təbii halva tərkibində rəngləndirici, qoruyucu və süni ətirverici maddələr daşımır. Bu səbəbdən o, həm sağlamlıq, həm də əhval üçün “təbii mükafat” sayılır.