Mətbəxlərin vazkeçilməz ədviyyələrindən biri olan darçın təkcə yeməklərə ətir və dad qatmaqla kifayətlənmir, eyni zamanda sağlamlıq üçün bir sıra faydalar təqdim edir.
Foodinfo.az xəbər verir ki, darçın qan şəkərinin tənzimlənməsinə kömək edir. Onun insulin həssaslığını artırdığı və bu səbəbdən 2-ci tip diabet riski olan şəxslər üçün faydalıdır.
Bundan əlavə, darçın güclü antioksidant mənbəyi hesab olunur. Tərkibindəki maddələr orqanizmi sərbəst radikalların zərərindən qorumağa kömək edir. İltihabəleyhinə xüsusiyyətləri isə xroniki iltihab proseslərinin azalmasına dəstək verir.
Məlumata görə, darçın ürək-damar sağlamlığı üçün də faydalıdır. Onun xolesterin və trigliserid səviyyəsini azaltmağa yardımçı ola biləcəyi qeyd olunur. Eyni zamanda həzm sistemini rahatlaşdırır, köp və qaz problemlərinin azalmasına kömək edir.
Bəzi tədqiqatlarda darçının antibakterial və antifungal xüsusiyyətlərə malik olduğu, həmçinin beyin funksiyalarına müsbət təsir göstərə biləcəyi vurğulanır.
Bununla yanaşı, darçının həddindən artıq istifadəsi tövsiyə edilmir. Xüsusilə Cassia növü çox miqdarda qəbul edildikdə tərkibindəki kumarin maddəsinə görə qaraciyərə mənfi təsir göstərə bilər. Gündəlik istifadə miqdarının 1 çay qaşığını keçməməsi məsləhət görülür.






