Axşam saatlarında qəbul edilən qidalar yalnız həzm sisteminə deyil, həm də yuxunun keyfiyyətinə birbaşa təsir göstərir və bu səbəbdən günün bu hissəsində qida seçiminə xüsusi diqqət yetirilməlidir. Bir çox hallarda sağlam hesab edilən qidalar belə yanlış zamanda qəbul edildikdə orqanizmdə narahatlıqlara səbəb ola bilər.

Foodinfo.az WebMD saytına istinadla xəbər verir ki, dietoloq Mark Henson liflə zəngin tərəvəzlərin, xüsusilə kələm və brokolinin gecə saatlarında çox miqdarda qəbulunun həzm prosesini çətinləşdirə biləcəyini bildirir. Onun sözlərinə görə, bu məhsullar bağırsaqlarda qaz əmələ gəlməsini artıraraq qarında köp və narahatlıq yaradır.

Ekspert əlavə edir ki, bu cür narahatlıqlar yuxuya getmə prosesini çətinləşdirir və yuxunun dərinliyini azaldır. Nəticədə insan səhər oyanarkən özünü yorğun hiss edir və gün ərzində məhsuldarlıq aşağı düşür.

Bu səbəbdən mütəxəssislər axşam yeməyində daha yüngül, tez həzm olunan və orqanizmə əlavə yük yaratmayan qidalara üstünlük verilməsini tövsiyə edir.