Limonlu su arıqlama prosesində bir çox insan tərəfindən istehlak edilir. Mütəxəssislər açıqlamalarında limon suyunun bağırsaqların aktiv işləməsi üçün faydalı olduğunu, müntəzəm olaraq istehlak edildikdə yağ yandırmağa kömək edə biləcəyini bildirirlər.

 Foodinfo.az limonlu suyun bir çox faydalarını təqdim edir:

Həzm sisteminə faydalıdır.

İmmunitet sistemini gücləndirir.

Sidik yolları infeksiyalarına yaxşı təsir edir. 

Toksinləri çıxarmağa kömək edir.

Limonlu sudan faydalanmaq üçün diqqətli olmaq tövsiyə olunur. Onu səhərlər ac qarına bir stəkan qəbul etmək məsləhətdir. 

Qeyd: Allergik ola biləcək və ya fərqli sağlamlıq problemi olan insanlar mütəxəssis həkimə müraciət edərək istehlak etməlidirlər.