Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, daxil olan müraciət əsasında, Agentliyin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələri ilə birlikdə Mingəçevir şəhəri, Günəşli bağlar massivi, küçə 10, ev 54 ünvanında yerləşən, fiziki şəxs İlham Çingiz oğlu Zamanova məxsus həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan iri və xırdabuynuzlu heyvanların kəsilməsi məqsədilə kustar üsulla dəmir konstruksiyadan hazırlanmış qurğu, eləcə də baytarlıq nəzarətindən keçirilmədən kəsilmiş heyvan cəmdəyi aşkar edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz olaraq quraşdırılmış dəmir konstruksiya sökülüb, kəsimlə məşğul olan şəxs barəsində inzibati protokol tərtib edilib və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir məntəqələrdə həyata keçirmək üçün zəruri məlumatlar verilib.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Son xəbərlər
- Xolesterolu azaldır, yaddaşı yaxşılaşdırır və qocalmanı dayandırır
- Bu tərəvəzin maraqlı faydaları ortaya çıxıb
- Bu balıqları pəhrizdən çıxartmaq lazımdır
- Günün hansı vaxtı karbohidrat qəbul etmək daha yaxşıdır?
- Qocalığa sürətlə yaxınlaşdıran məhsullar
- Həkim narın gözlənilməz faydalarından danışıb