Dövrümüzdə biznes lanç anlayışı bir neçə mənada qəbul edilir. Bir tərəfdən bu yemək masası arxasında yığışıb, yemək yeyərək həmkarlar, iş yoldaşları ilə işgüzar görüş mənasını daşıyır. Qeyri rəsmi şərait, göz oxşayan interyer, dadlı yeməklər bu görüşlərin daha səmərəli və rahat keçməsini təmin edir.
Biznes lançın ikinci mənası isə - bir neçə yeməkdən ibarət menyu ola bilər. Buraya mütləq salat, şorba və isti yeməklər, həmçinin soyuq içki daxildir. Nahar zamanı qısa müddətdə dadlı və ləzzətli yemək üçün çox doğru seçimdir.
Həftə içi, bazar ertəsindən çümə gününə qədər saat 12:00-14:00 aralarında servis edilir. Qonaqlar öz istəyinə görə fərqli salat, qarnir, şorba seçimi edə bilər. İsti yeməklər isə hər gün üçün özəl təklif edilir. Bu menyunun ayrılmaz hissəsi isə qonaqlara lanç ilə servis edilən çay və qurabiyədir. Qeyd edək ki, biznes lanç seçilən MADO şöbələrində təqdim edilir. Ətraflı məlumat ilə www.mado.az ünvanından tanış ola bilərsiniz.