Quru öskürək bədəni yorur və yuxusuzluğa, boğazda qıcıqlanmaya səbəb olur. Bu halı yüngülləşdirmək üçün bəzi təbii və ev şəraitində tətbiq edilə biləcək üsullar var.

Foodinfo.az xəbər verir ki, ən faydalı vasitələrdən biri baldır. Xüsusilə gecə yatmazdan əvvəl qəbul edilən 1 çay qaşığı bal boğazı yumşaldır və öskürək refleksini azaldır. 

Zəncəfil də quru öskürəyə qarşı effektlidir, onun çayını içmək boğaz iltihabını azaldır və sakitləşdirir.

İlıq su, çobanyastığı və kəklikotu çayları da faydalıdır, boğazı nəmləndirir və öskürəyi yumşaldır. Turp və bal qarışığı, sarıköklü süd, limonlu su kimi ev üsulları da tez-tez istifadə edilir.

Əgər quru öskürək 2 həftədən çox davam edirsə və ya nəfəs darlığı, döş qəfəsində ağrı kimi əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.