Limonlu su sağlamlıq baxımından bir çox fayda versə də, düzgün şəkildə içilməzsə dişlərə zərər verə bilər. 

Foodinfo.az xəbər verir ki, limonun tərkibindəki sitrik turşu diş minasını yavaş-yavaş aşındıra bilər. Bu zaman dişlərdə həssaslıq, saralma və çürük riski arta bilər.

Zərəri minimuma endirmək üçün bəzi tədbirlər görülə bilər:

- Limonlu suyu çöplə içmək turşunun dişlə təmasını azaldır.

- İçdikdən sonra su ilə ağız çalxalanmalıdır ki, turşuluq neytrallaşsın.

- İçdikdən dərhal sonra dişləri fırçalamaq olmaz, ən az 30 dəqiqə gözləmək məsləhətdir.

Yəni limonlu su tamamilə zərərli deyil, amma ehtiyatla və düzgün şəkildə istifadə edilməlidir.