Zirə çayı arıqlama prosesində faydalıdır, çünki o, həm həzmi yaxşılaşdırır, həm də bədəndəki şişkinliyi və qazı azaldır. 

Foodinfo.az xəbər verir ki, tərkibindəki antioksidantlar və iltihabəleyhinə maddələr maddələr mübadiləsini sürətləndirir, insulin həssaslığını artıraraq şəkər istəyini azaldır. Bu da dolayısı ilə kalori qəbulunun azalmasına səbəb olur. 

Zirə çayı həmçinin bədəndə maye tutulmasının qarşısını alaraq ödemi azaldır. 

Yeməklərdən sonra içildikdə yağların parçalanmasını asanlaşdırır və toxluq hissini uzadır. 

Amma unutmamaq lazımdır ki, yalnız zirə çayı içməklə arıqlamaq mümkün deyil, o, balanslı qidalanma və fiziki aktivliklə birlikdə təsirli olur.