
Nar çox faydalı meyvə olsa da, həddindən artıq miqdarda istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
1. Mədə-bağırsaq narahatlıqları
Narın tərkibində çoxlu miqdarda təbii turşular var. Çox yeyildikdə bu turşular, mədə qıcqırması, yanma və ya turşuluğun artmasına, qəbizlik və ya bəzi hallarda ishala, qarın ağrısı və köpə səbəb ola bilər.
2. Qan şəkərinin dəyişməsi
Narın tərkibində təbii şəkərlər çoxdur. Buna görə, diabet xəstələri üçün qan şəkərinin yüksəlməsi riski yarada bilər. Xüsusilə nar şirəsi şəklində çox içildikdə bu risk artır.
3. Diş minasına təsiri
Narın turşuluğu diş minasını zəiflədə bilər. Davamlı olaraq çox nar yemək və ya nar suyu içmək dişlərdə həssaslıq və sarımtıllıq yaradır.
4. Allergik və dəri reaksiyaları
Bəzi insanlarda nar qaşınma, dəri səpkisi, şişkinlik kimi allergik reaksiyalar yarada bilər.
Bu hallar nadir olsa da, xüsusilə allergiyaya meyilli şəxslər ehtiyat etməlidirlər.
5. Dərmanlarla qarşılıqlı təsir
Nar bəzi dərmanların təsirini dəyişə bilər, xüsusilə təzyiq dərmanları, xolesterin düşürücü dərmanlardan istifadə edilirsə.
Qan durulducular ilə birlikdə istifadə ediləndə diqqətli olmaq lazımdır.
Sağlam insanlar üçün gündə yarım və ya bir nar yemək kifayətdir. Həddindən artıq istehlak, fayda yerinə zərər gətirə bilər.