Bədən bir çox hallarda zülal çatışmazlığı ilə bağlı açıq siqnallar göndərir. 

Foodinfo.az xəbər verir ki, yeməkdən qısa müddət sonra tez-tez aclıq hissi yaranması protein azlığının əsas əlamətlərindən biridir. Çünki zülal toxluq müddətini uzadır.

Davamlı halsızlıq, tez yorulma, əzələ zəifliyi və ya əzələ kütləsinin azalması da zülala ehtiyacın artdığını göstərir.

Bundan əlavə, saçların həddindən artıq tökülməsi, dırnaqların tez qırılması və yaraların gec sağalması kimi hallar da protein çatışmazlığı ilə əlaqələndirilir.

İdman edənlər, yeniyetmələr, hamilə və südverən qadınlar, həmçinin tez-tez xəstələnən şəxslər adətən daha çox zülala ehtiyac duyurlar.

Hər kiloqram bədən çəkisi üçün gündə təxminən 0.8–1 qram protein qəbul edilməlidir. Məsələn, 60 kiloqram çəkisi olan insan üçün gündəlik ehtiyac 50–60 qram hesab olunur.

Nəticə olaraq, mütəxəssislər bildirirlər ki, bədənin siqnallarını izləmək və balanslı qidalanmaq protein ehtiyacını düzgün qiymətləndirməyin ən etibarlı yoludur.