Mövsümi tərəvəzlərin ən dəyərli xüsusiyyəti onların tərkibində vitaminlərin, mikroelementlərin və liflərin çox olmasıdır. Lakin bütün lazımi maddələri uzun müddət bədəndə saxlamaq mümkündürmü? 

 Foodinfo.az xəbər verir ki, bu sualı diyetoloq Andrey Bobrovski cavablandırıb.

O, vitaminlərin iki cür olduğunu bildirib: yağda həll olunan və suda həll olunan. Yağda həll olunanlar bədəndə bir müddətlik "ehtiyata" yığıla bilər, suda həll olunanlar isə (məsələn, xiyarda olanlar) belə xüsusiyyətə malik deyillər.

Ona görə də indidən qışa vitamin yığmaq mümkün deyil, lakin faydalı maddələrdən maksimum yararlanmaq üçün sadə qaydaya əməl etmək lazımdır: rasionda mövsümi tərəvəzlər nə qədər rəngarəng olsa, alacağınız vitaminlər də bir o qədər müxtəlif və bol olar. 

Bəs çox tərəvəz yedikdə nə baş verir? Həkimin dediyinə görə, bu zaman siz yalnız lifin miqdarını aşa bilərsiniz, buna görə isə sadəcə yüngül həzmsizlik yarana bilər, heç bir ciddi problem olmayacaq.