Ağırlaşdırılmış (utajelənmiş) yorğanlar yuxuya getmə müddətini qısalda və narahatlığı azalda bilər. Foodinfo.az bildirir ki, somnoloq Darıya Lebedevanın sözlərinə görə, bu yorğanların təsiri bədənə yumşaq və bərabər təzyiq göstərməsi ilə bağlıdır.
Mütəxəssis qeyd edir ki, belə təzyiq qucaqlaşma və ya yüngül masaj hissini xatırladır və sinir sisteminə sakitləşdirici siqnal göndərir. Nəticədə stres hormonu olan kortizolun səviyyəsi azalır. Eyni zamanda “xoşbəxtlik hormonları” kimi tanınan serotonin və dopaminin ifrazı artır. Bu hormonal dəyişikliklər ürək ritmini tədricən yavaşıdır və orqanizmi istirahət rejiminə keçirir.
Somnoloqun fikrincə, proses yuxunun daha tez başlamasına və daha dərin mərhələlərinə keçməyə kömək edir. Lakin effektin alınması üçün yorğanın çəkisi düzgün seçilməlidir. Lebedeva bildirir ki, ideal çəki bədən kütləsinin təxminən 7–12 faizi həcmində olmalıdır. Normadan yüngül yorğan lazımi terapevtik təsiri yaratmaya bilər. Həddindən artıq ağır variant isə rahatlığı azaldaraq əks təsir göstərə bilər.
Mütəxəssislər yorğan seçərkən fərdi həssaslığı və sağlamlıq vəziyyətini də nəzərə almağı tövsiyə edirlər.






