Köhnə yumurtalar qaynadılan zaman təzə yumurtalardan daha yaxşı qabıqlanır. Foodinfo.az bildirir ki, bütün bunlar, saxlama zamanı yumurtanın içərisində dəyişən pH səviyyəsi ilə bağlıdır. Ancaq təzə yumurtaları qaynatmaq və qabıqlarını asanlıqla təmizləmək istəyirsinizsə, o zaman asan bir yol var - suya bir az çörək soda əlavə edin.
Bu üsulun işləməsi üçün yumurta qaynatmaq üçün istifadə olunan bir litr suya yarım çay qaşığı soda əlavə etmək lazımdır. Əsas odur ki, həddən artıq çox olmasın, əgər soda çox olarsa, o zaman yumurtanın dadı bir az kükürdlü ola bilər.
Nurlan