
Sevdiyimiz ləzzətlərindən biri də toyuq dönəridir. Günün hansı saatında olursa olsun, toyuq dönəri istənilən vaxt yeyilə bilən məşhur yeməkdir. Lakin təəssüf ki, bu gün bəzi müəssisələr qüsurlu məhsul satırlar. Bu məhsulları istehlak etmək sağlamlığımıza təsir edərək bizi zəhərləyir. Bu məqamda diyetoloqlar xarab qidalardan, xüsusən də toyuqdan hazırlanan yeməklərdən istifadə etməməyi vurğulayırlar.
Çöldə toyuq dönəri yeyərkən bunları mütləq nəzərə alın. Toyuq ətinin xarab olub-olmadığını bilmək vacibdir.
Foodinfo.az xəbər verir ki, ilk növbədə, diqqət etməli olduğunuz şey qiymətdir. Bazar dəyərindən aşağı olan toyuq dönərini almamaq məsləhət görülür. Toyuq dönəri alarkən onun qiymətinin bazar qiymətinə yaxın olmasına diqqət edin.
Toyuğun bişmə dərəcəsi də vacibdir. Toyuq əti çəhrayı rəngə malikdirsə, o toyuq çiydir. Xarab olmuş toyuq dönərinin rəngi solğun və bozumtul olur. Ona görə də yediyiniz toyuq dönərinin rənginə fikir verməlisiniz.
Bundan əlavə, toyuq ətindən qəribə bir qoxu gəlirsə, bu, onun xarab olma ehtimalını göstərir.