
Balıq çoxumuzun sevdiyi yeməklər arasındadır. Həmçinin sağlamlıq üçün çox faydalı olduğu da məlumdur. Xüsusilə omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün ürək-damar sağlamlığına müsbət təsir göstərir. O, həmçinin protein, vitamin və minerallarla zəngin bir qida mənbəyidir.
Bəs balıq alarkən onun təzəliyini necə müəyyənləşdirə bilərik?
Foodinfo.az xəbər verir ki, təzə balıq seçərkən bəzi məqamlara diqqət yetirilməlidir. İlk növbədə, balıqların gözlərinin parlaq və canlı olmasına fikir verilməlidir.
Bundan əlavə, sıx və elastik bədən quruluşu da təzə balığın göstəricisi hesab olunur.
Balığın qoxusu da çox vacibdir, təzə balıqda yüngül dəniz qoxusu olmalıdır.
Təzə balıq istehlakı sağlamlıq üçün çox vacibdir. Müntəzəm olaraq təzə balıq istehlakı bədəni omeqa-3 yağ turşuları ilə dəstəkləyir.
Bundan əlavə, balıq beyin funksiyalarını yaxşı təsir edərək idrak funksiyalarına müsbət təsir göstərir.