Sağlam həyat tərzinə üstünlük verən bir çox insanı belə bir sual maraqlandırır: kalsiumu süd məhsulları olmadan necə qəbul etmək olar? Məlum olur ki, bunun üçün iri ölçülü qida əlavələrinə ehtiyac yoxdur. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kalsiumla zəngin olan çoxsaylı qeyri-süd məhsulları gündəlik tələbatı qarşılamağa kömək edir.

Kalsium insan orqanizmində ən geniş yayılmış mineraldır. Onun 99 faizi sümüklərdə və dişlərdə toplanaraq onların möhkəmliyini təmin edir. Tibbi tövsiyələrə əsasən, böyüklər üçün gündəlik kalsium ehtiyacı 1000–1300 mq təşkil edir. Hamiləlik və laktasiya dövründə olan qadınlar üçün bu göstərici bir qədər yüksəkdir.

Əksər insanlar kalsium mənbəyi kimi dərhal yaşıl yarpaqlı tərəvəzləri və badamı xatırlayır. Halbuki siyahı bununla məhdudlaşmır.

Qeyri-süd mənşəli kalsium mənbələri:

  • Sparja lobya (qara gözlü noxud) – kalsiumla yanaşı kalium və fol turşusu ilə zəngindir.

  • Brokoli – buxarda bişirildikdə kalsiumu yaxşı qoruyur, çiy halda da salatlara əlavə edilə bilər.

  • Zənginləşdirilmiş sıyıqlar – tərkibindən asılı olaraq 236–1043 mq kalsium ehtiva edə bilər (şəkər miqdarına diqqət yetirilməlidir).

  • Patoka – bir xörək qaşığında 172 mq kalsium və 3,5 mq dəmir var. Patokada kalsiumun miqdarı hətta süddən də çoxdur.

  • Yulaf sıyığı – ürək üçün faydalı olmaqla yanaşı, bir porsiyada təxminən 100 mq kalsium təmin edir.

  • Portağal şirəsi – portağal da daxil olmaqla bir çox meyvə az miqdarda kalsium mənbəyidir.

  • Soya südü – kalsiumla zənginləşdirilmiş variantlarında bir stəkan üçün 368 mq kalsium mövcuddur.

  • Tofu – yarım stəkan tofunun tərkibində 253 mq kalsium və cəmi 88 kalori var.

Mütəxəssislər bildirir ki, düzgün planlaşdırılmış rasionla süd məhsulları olmadan da orqanizmin kalsium ehtiyacını tam ödəmək mümkündür.