Soğan mətbəximizdə istehlak edilən dadlı qidalardan biridir. Soğan yeməklərdə bir çox şəkildə istifadə edildiyi üçün ən məşhur qidalar arasındadır. Bu tərəvəz bədənimiz üçün çoxlu faydalar təqdim edir. İmmunitet sistemini gücləndirir, ürəyi qoruyur və xərçəng riskini azaldır.

 Foodinfo.az-ın məlumatına görə, həm faydasına, həm dadına görə üstünlük verilən soğanı yağda qızartmadan istehlak etmək lazımdır. Məlum olur ki, illərdir etdiyimiz bu səhv sağlamlığımız üçün böyük təhlükə yaradır. Zərərlərini eşidən kimi bir daha yağda soğan qızartmaq istəməyəcəksiniz. 

Bəs yağda qızardılmış soğan hansı təhlükələr yaradır?

Bizim mətbəxlərdə soğanın yeri danılmazdır. Soğan bir çox fərqli şəkildə istifadə edilən qidalardan biridir. Təəssüf ki, bizim mətbəxlərdə ən çox istifadə edilən üsul yağda qovurma üsuludur. Amma təəssüf ki, soğanı yağda qızartmaq edə biləcəyiniz ən böyük səhvlərdən biridir. Çünki soğanı yağda qızardarkən yağ yanır və mütəxəssislərin fikrincə, yağın yanması nəticəsində kanserogen maddələr ayrılır. Ona görə də soğanı yağda qızartmaq heç də sağlam bir hərəkət deyil. Soğandan istifadə edəcəyiniz yeməklərdə mütləq digər tərəvəzlərlə birgə soğanı qovurmadan bişirin və beləliklə də sağlamlığınızı riskə atmayın.