Antioksidant baxımından çox yüksək olan avokado faydaları ilə yumurtanı üstələyir.

Qoz, bal və limon üçlüyü ilə yaxşı gedən və onu istehlak edənlər üçün bir çox faydası olan avokado, xüsusilə tərkibindəki doymamış yağlarla bənzərsiz bir qidadır. Səhər yeməyində istehlak edilə bilən avokado sağlamlığını sevənlərin süfrəsini tərk etməyəcək bir qida dəyərinə malikdir.

Foodinfo.az xəbər verir ki, tərkibində kalium, lif, K vitamini, E vitamini, C vitamini və B vitaminləri olan avokado, xüsusilə ürək sağlamlığı üçün çox əhəmiyyətli bir qidadır. 

Avokadonun tərkibində çoxlu doymamış yağlar var və bu da ürək-damar sağlamlığını qoruyur.

Çox güclü antioksidant meyvə olan avokado tərkibindəki C vitamini, E vitamini və beta-karotin sayəsində hüceyrə bərpaedici xüsusiyyətinə malikdir.

Həzm sistemini də dəstəklədiyi və liflə zəngin qida olduğu üçün, xüsusən də pəhriz saxlayanlar onu tez-tez səhər yeməyinə əlavə edirlər. 

Tərkibindəki qiymətli yağlarla dərini qidalandırır və qoruyur.