
Oktyabr və noyabr aylarında yetişən bu meyvənin vətəni Çin və Yaponiya hesab edilir. Buna görə bəzi yerlərdə "yapon xurması" da deyilir.
Foodinfo.az xəbər verir ki, xurmanın sağlamlığa bir çox faydası var. Bəzi məlumatlara görə, qurudulmuş xurma daha xeyirlidir.
Xüsusilə liflə zəngin olduğu üçün həzm sisteminin sağlamlığına müsbət təsir göstərir.
Eyni zamanda antioksidan xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq immunitet sistemini gücləndirir.
Tərkibindəki kalium və maqnezium kimi minerallar sayəsində ürək sağlamlığını dəstəkləyir və qan təzyiqini tarazlaşdırır.
Bundan əlavə, qurudulmuş xurma enerji verən xüsusiyyətləri ilə də tanınır.
Qurudulmuş xurmanın bilinməyən faydaları ilə bağlı araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki komponentlər bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Onun ciddi sağlamlıq problemləri, xüsusilə xərçəng, diabet və ürək xəstəlikləri riskini azalda biləcəyi düşünülür.