Ən faydalı meyvələrdən biri də kividir. Mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilən kivi xüsusilə qış aylarında istehlak edilir. 

Foodinfo.az-ın məlumatına görə, kivinin 5 super faydası var:

 1. İmmunitet sistemini gücləndirir

Kivi tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirməyə kömək edir. O, həmçinin antioksidan xüsusiyyətləri sayəsində bədəni zərərli maddələrdən təmizləyir.

2. Həzmi asanlaşdırır 

Subtropik meyvə olan kivinin tərkibindəki liflər həzmi asanlaşdırır və bağırsaqları tənzimləyir. Bu sayədə qəbizlik kimi həzm problemlərinin qarşısını alır. 

3. Göz sağlamlığını qoruyur

Ondakı zeaksantin və lutein maddələri sayəsində göz sağlamlığını qoruyur. Bu maddələr zərərli şüaların gözə vurduğu zərəri azaldır və göz xəstəliklərinin qarşısını almağa kömək edir. 

4. Xərçəng riskini azaldır 

Kivi tərkibindəki antioksidanlar sayəsində xərçəngə qarşı qoruyucu təsirə malikdir. Xüsusilə kolon xərçəngi riskini azaltmaqda faydalıdır.

5. Ürək sağlamlığını dəstəkləyir 

Bu meyvənin tərkibindəki kalium qan təzyiqini tənzimləyir və ürək sağlamlığını dəstəkləyir. Həm də xolesterin səviyyəsini aşağı salan təsirə malikdir. Ümumiyyətlə qış aylarında istehlak edilən kivi bir çox məhsulun tərkibində də yer alır.