
İnternetdə tez-tez rast gəlinən məsləhət – qida zəhərlənməsində kola içmək – həm təsirsiz, həm də sağlamlıq üçün təhlükəlidir. Foodinfo.az xəbər verir ki, bu barədə Life.ru saytına danışan qastronteroloq Yevgeniya Melnikov bildirib.
Mütəxəssis izah edib ki, kola içkisində bakteriyalara qarşı xassəsi olan ortofosfor turşusu olsa da, onun miqdarı faydalı təsir göstərmək üçün yetərli deyil. Real fayda üçün sağlamlığa təhlükəli miqdarda içmək lazım olardı.
Kolanın qazlı və turş mühiti zəhərlənmə simptomlarını, məsələn, şişkinlik, qaz, qarın ağrısı kimi halları daha da artırır. Bundan əlavə, kofein diuretik təsir göstərir, bu da zəhərlənmə zamanı artıq baş verən susuzlaşmanı daha da dərinləşdirir.
Həkim zəhərlənmə zamanı ənənəvi üsulları tövsiyə edir: gündə 2–3 litr su, meyvə kompotları və mürəbbə suyu içmək, toksinləri xaric etmək üçün enterosorbentlər qəbul etmək və həzm sisteminin fəaliyyətini normallaşdırmaq üçün prokinetiklərdən istifadə etmək.
Çoxsaylı qusmalar, yüksək hərarət, qusma qanın olması və ya susuzlaşma əlamətləri müşahidə olunarsa, xüsusilə uşaqlar və yaşlılar üçün dərhal tibbi yardım axtarmaq vacibdir.