
Makadamiya qozunun şirin, kremli dadı var, vanil və badam notları ilə zəngindir. Foodinfo.az xəbər verir ki, bu səbəbdən tez-tez desertlərə əlavə olunur və sağlamlıq üçün də faydalıdır.
Faydaları
Makadamiya qozu yüksək keyfiyyətli zülal, vitaminlər (A, E, B qrupu), minerallar, lif və antioksidantlarla zəngindir. Onun tərkibində xolesterin az, zülal çoxdur.
Əsas minerallar: kalsium, selenium, mis, fosfor, sink, kalium, maqnezium. Vitaminlər: B1, B2, B5, B6, B9, C, E, PP.
Makadamiya qozu və onun soyuq sıxım üsulu ilə əldə edilən yağı:
Migren və vitamin çatışmazlığı zamanı faydalıdır
Artrit və varikoz xəstəliklərinə müsbət təsir göstərir
Qan dövranını yaxşılaşdırır
Onkoloji xəstəlik riskini azaldır
Potensiyanın bərpasına kömək edir
Vitaminlər sinir sisteminin normal fəaliyyəti üçün də önəmlidir.
Gündəlik qəbul miqdarı
Həddindən artıq istehlak mədə-bağırsaq narahatlığına və digər mənfi təsirlərə səbəb ola bilər. Yetkin və sağlam insan üçün gündə 30–45 qram makadamiya qozu kifayətdir.
Təhlükələri
Əsas risk qida allergiyasıdır. Əgər digər qoz növlərinə allergiyanız varsa, ehtiyatlı olmaq lazımdır.
Makadamiya həmçinin yağ miqdarı yüksək qoz növüdür. Həddindən artıq istehlak xolesterinin yüksəlməsinə və ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər.