Uşaq endokrinoloqu Daria Qubareva qış mövsümündə naringi yeməyin faydalarından danışıb.

Foodinfo.az xəbər verir ki, həkim 100 q naringinin immunitet sisteminin düzgün işləməsi və kollagenin sintezi üçün lazım olan C vitamininin gündəlik tələbatının yarısından çoxunu ehtiva etdiyini bildirib.

Mütəxəssis onu da qeyd edib ki, naringilərin tərkibində B qrupu vitaminləri (tiamin, riboflavin, niasin), E vitamini, A vitamini və kalsium, maqnezium, fosfor kimi bəzi vacib mikroelementlər var.

Şübhəsiz faydalarına baxmayaraq, gün ərzində üç-beşdən çox naringi yemək tövsiyə edilmir. Birincisi, bu meyvə kifayət qədər böyük miqdarda şəkər ehtiva edir, əlavə olaraq, böyük miqdarda istehlak edildikdə, naringi mədə-bağırsaq traktında narahatlıq hissi yarada bilər.