Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzi tərəfindən aparılan araşdırma flavanol adlı maddələrin yaddaşa təsirini göstərib. Araşdırmanın nəticələrinə görə, müəyyən tərəvəz və meyvələrdə bu maddələrin çatışmazlığı sonrakı yaşlarda yaddaş itkisinin mühüm səbəblərindən biri ola bilər.

Tədqiqatda 3500 sağlam yetkin insana 3 il ərzində gündəlik flavanol və ya həb şəklində plasebo verildi. Həblərin tərkibində 500 milliqram flavanol var ki, bunun da 80 milliqramı epikatçinlərdir ki, böyüklərə yemək yolu ilə qəbul etmək tövsiyə olunur.

Tədqiqatın əvvəlində iştirakçılar qidalanma keyfiyyətini müəyyən etmək üçün sorğuya məruz qalıblar. Daha sonra iştirakçıların qısamüddətli yaddaşını qiymətləndirmək üçün testlər aparılıb. Bu testlər hər il təkrarlanırdı.

Bundan əlavə, iştirakçılardan sidik nümunələri götürülərək flavanol istehlakını göstərən biomarkerlər ölçüldü. Bu yolla iştirakçıların təyin olunmuş pəhriz rejiminə əməl edib-etməmələri qiymətləndirilib.

Gündəlik flavanol əlavəsi flavanolla zəngin qidalar qəbul edən qrupda yaddaş skorlarına əhəmiyyətli təsir göstərməmişdir. Bununla belə, normal olaraq qeyri-kafi flavanol tərkibli qidalar istehlak edən qrupda qida əlavələrinin yaddaş göstəriciləri plasebo ilə müqayisədə 10,5% olmuşdur; ilkin dəyərlərlə müqayisədə 16% yaxşılaşma təmin edib.

Nəticələr göstərib ki, flavanollar baxımından düzgün qidalanmamaq yaşla əlaqədar yaddaş itkisinə səbəb olur. Elm adamları flavanol istehlakının yaddaş testindən alınan ballarla paralel olduğunu, qidalanmadan əziyyət çəkən insanlarda flavanol əlavələrinin yaddaşa müsbət təsir etdiyini bildiriblər.

Digər tərəfdən, pəhrizlərində flavanol çatışmazlığı olmayan insanlarda bu əlavələrin heç bir təsiri olmadığı müşahidə edilmişdir. Araşdırmanın nəticələri Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.

Fərid