Lobya bir çox yeməklərin əsas inqrediyentlərindən biri hesab olunur. Lakin onun bişmə müddətinin uzun olması bəzən evdar qadınları çətin vəziyyətdə qoyur. 

Foodinfo.az lobyanın daha tez yumşalması üçün bir neçə sadə üsulu təqdim edir.

Lobyanı bişirməzdən əvvəl suda islatmaq ən təsirli üsullardan biridir. Lobyanın 8–12 saat suda saxlanılması onun daha tez bişməsinə kömək edir.

Vaxt az olduqda isə başqa bir üsuldan istifadə etmək mümkündür. Belə ki, lobyanı qısa müddət qaynar suda qaynadıb daha sonra qapaqlı qabda bir müddət saxlamaq da onun yumşalmasına kömək edə bilər.

Həmçinin duz və turşulu qidaların bişirmənin əvvəlində əlavə edilməsi lobyanın gec yumşalmasına səbəb ola bilər. Buna görə də bu cür inqrediyentləri yeməyin sonunda əlavə etmək tövsiyə olunur.

Bundan əlavə, köhnə lobya yeni məhsulla müqayisədə daha gec bişdiyi üçün mümkün qədər təzə lobya seçmək daha məqsədəuyğundur.