
Hemoqlobin səviyyəsi aşağı olan insanların pəhrizinə dəmirlə zəngin qidalar daxil edilməlidir. Foodinfo.az xəbər verir ki, bunlara ət, quş əti, balıq, çuğundur, ispanaq, noxud, lobya, lmərcimək və müxtəlif dənli bitkilər daxildir.
Bundan əlavə, C vitamini ilə zəngin qidaları istehlak etməyi məsləhət görülür, çünki bu, dəmirin daha yaxşı mənimsənilməsini təşviq edir.
Tərəvəz, qoz-fındıq və meyvələri çiy halda istehlak etmək məqsədəuyğundur. Ət və bişirilməsi tələb edən digər qidalar qaynadıla və ya buxarda bişirilə bilər.
Bu məhsulların istehlakı hemoglobin səviyyəsini artırmağa və anemiyanın inkişafının qarşısını almağa kömək edəcək, lakin hemoqlobində ciddi problemlər yaranarsa, həkimə müraciət etmək vacibdir.
Fərid