Moruq mürəbbəsi hamilə qadınlar üçün faydalı olan elementləri ehtiva edir, lakin qədərində yeyilməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə NEWS.ru-ya diyetoloq Lyudmila Mikityuk danışıb.

Onun sözlərinə görə, çox miqdarda mürəbbə allergiyaya səbəb ola bilər.

"Moruq mürəbbəsi hamilə qadınlar üçün faydalıdır, çünki tərkibində çoxlu miqdarda dəmir və fol turşusu var. Onlar anemiyanın qarşısını alır və dölün normal formalaşmasına kömək edir", - deyə ekspert izah edib.

Lakin o, həmçinin, xəbərdarlıq edib ki, mürəbbə zəngin və aktiv bir məhsuldur, buna görə də ona qarşı allergiya yalnız hamiləlik dövründə deyil, həm də körpəyə süd verən zaman yarana bilər, çünki bu dövrdə orqanizm gözlənilməz reaksiyalar verir. Mikityuk xatırladıb ki, mürəbbə qızdırmasalıcı və mikrob əleyhinə vasitədir, ona görə də qrip və soyuqdəymə ilə mübarizədə ondan istifadə etmək məsləhətdir.

Mütəxəssis əlavə edib ki, moruq mürəbbəsi qanı durulaşdırdığına görə insult keçirməyə meyilli insanlar üçün faydalıdır. Bundan əlavə, mürəbbənin tərkibindəki ellagik turşusu patoloji dəyişikliyə uğramış hüceyrələrin bölünməsini dayandırır və bununla da gəncliyi uzadır.

Nurlan