Sağlam qidalanma üçün zülal vacib elementlərdən biridir. O, orqanizmdə hüceyrələrin bərpası, əzələlərin formalaşması və maddələr mübadiləsinin düzgün işləməsi üçün əsas rol oynayır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər yalnız ət məhsullarının deyil, bitki mənşəli qidaların da yüksək zülal mənbəyi olduğunu vurğulayır. Xüsusilə vegetarian qidalanmaya keçənlər və ya tibbi səbəblərlə ət istehlakını azaldanlar üçün bu məhsullar mühüm alternativ hesab olunur.

Dietoloqların fikrincə, zülal çatışmazlığının qarşısını almaq üçün rasionu müxtəlif məhsullarla zənginləşdirmək daha faydalıdır. Bu, orqanizmi həm zülalla, həm də vitamin və minerallarla təmin edir.


1. Paxlalılar

Noxud, lobya, noxud, mərcimək və soya zülalla ən zəngin bitki məhsulları arasındadır. Onlar həm də uzun müddət toxluq hissi yaradır.


2. Qoz-fındıq məhsulları

Qoz, badam, fındıq, kaju və yer fıstığı yalnız zülal deyil, həm də faydalı yağlarla zəngindir. Gün ərzində kiçik porsiyalarla qəbul etmək tövsiyə olunur.


3. Taxıllar

Qarabaşaq, düyü və xüsusilə kinoa bitki zülalının yaxşı mənbəyidir. Bu məhsullar gündəlik qidalanmada asanlıqla istifadə olunur.


4. Avokado

Avokado tərkibində zülal az olsa da, digər faydalı maddələrlə birlikdə balanslı qida hesab olunur və menyunu zənginləşdirir.


5. Toxumlar

Günəbaxan, balqabaq və kətan toxumları həm zülal, həm də lif baxımından çox dəyərlidir. Onları salatlara və yoqurtlara əlavə etmək olar.


Mütəxəssislər qeyd edir ki, ən düzgün yanaşma bu məhsulları birgə istifadə etməkdir. Belə olduqda orqanizm bütün vacib amin turşularını daha balanslı şəkildə qəbul edir.