Dişlərə zərər verən məhsullar hansılardır? İlk növbədə, bütün qənnadı məmulatları və alkoqol qeyd olunsa da zərəri o qədər də aydın olmayan başqa məhsullar da var.

Birinci qrup karbohidratlı qidalardır: çörək və çörək məhsulları, makaron, kartof, dənli bitkilər, paxlalılar bura daxildir. Bu qidalarda bol olan karbohidratlar sadə şəkərlərə parçalanır və bu, ağız boşluğunda kariogen bakteriyaların çoxalmasına kömək edir.

İkinci qrup məhsullar meyvə və giləmeyvədir ki, tərkibindəki turşulara görə diş minasına zərər verir.

Üçüncü kateqoriya ətdir. Lifli quruluşa görə bu məhsul dişlər arasında ilişib qala, həmçinin diş və diş əti arasına nüfuz edərək yumşaq toxumaları zədələyə bilər.